Komitə sədrindən təklif: "Üç və daha çox uşaqlı ailələrə…"

Komitə sədrindən təklif: "Üç və daha çox uşaqlı ailələrə…"
SOSİAL
11:57 20.11.2025
356
Deputat, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova 2026-cı il Dövlət büdcəsi haqqında parlamentdə keçirilən müzakirələrdə çıxış edib.

AZXEBER.COM musavat-a istinadən xəbər verir ki, komitə sədrinin sözlərinə görə, son 5 ildə əldə olunan nəticələr onu göstərir ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin etdi, eyni zamanda, güclü iqtisadi əsaslar, yeni siyasi reallıqlar yaratdı:

"Biz hansı sahəyə baxsaq, orada inkişaf görürük. "Böyük Qayıdış” Planı uğurla həyata keçirilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı islahatlar davam edir. İqtisadiyyatımız  şaxələnir və getdikcə daha da güclənəcək. Çıxışlarda da bir neçə dəfə qeyd olundu ki,  iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur və bu sahənin inkişafına xüsusi diqqət var. Əlbəttə, görülən bu işlər Prezident İlham Əliyevin siyasi qətiyyətini, xalqımızın iradəsini və iqtisadi potensialımızın gücünü göstərir.

Hazırkı geosiyasi proseslər fonunda təhlükəsizlik, xüsusi ilə kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, eləcə də süni intellekt məsələləri daha da aktuallaşır. Digər tərəfdən, qlobal və regional iqtisadi reallıqlar milli iqtisadiyyatımıza da təsir etməkdədir.   Buna görə də biz deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi həm də gələcək illər üzrə sosial və iqtisadi inkişaf Konsepsiyasını əhatə edir”.

H.Hüseynova ardınca ümidlə bildirdi ki, səsləndirdikləri təkliflər gələn ilin dövlət büdcəsində və sonrakı illərin dövlət büdcəsində nəzərə alınacaq: "Eyni zamanda, ətraflı təqdimata görə hökumət nümayəndələrinə, Hesablama Palatasına və Mərkəzi Banka təşəkkür edirəm.

Bütün şəhər və kəndlərimiz kimi, Sumqayıt da inkişaf edir. Sənaye Parkının fəaliyyəti, investisiya və infrastruktur layihələri  nəticəsində həm şəhərin siması dəyişir, həm də yeni iş yerləri açılır. Xüsusi ilə  seçildiyim dairə üzrə seçicilərim adından təşəkkür etmək istəyirəm. Bu günlərdə Bakı və Sumqayıt şəhərləri arasında yeni avtobus marşrutu istifadəyə verildi. Bu, insanların sürətli və rahat gedişlərinə böyük dəstəkdir. İnanırıq ki, vətəndaşlarımızın  həyat şəraitinin  daha da yaxşılaşması üçün aparılan işlər davamlı olacaq. Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür. Uşaq yalnız ailənin deyil, eyni zamanda, mənsub olduğu  xalqın, dövlətin ən böyük və qiymətli sərvətidir. Ona görə də, büdcəyə uşaqlarla bağlı təkliflərimi bir daha səsləndirmək istəyirəm. Məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması, Uşaq bağçalarında  və təhsil müəssisələrində tibbi və psixoloji xidmətin təşkili, beynəlxalq təcrübəni öyrənməklə üç və daha çox uşaqlı ailələrə sosial dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac vardır. Bütövlükdə, mən 2026-cı il üçün  dövlət büdcəsi layihəsini  əhatəli hazırlanmış sənəd hesab edirəm. Və ona səs  verəcəyəm”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
09:03 31.07.2026
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanacaq
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
08:58 31.07.2026
Prezident: "Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir"
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
08:57 31.07.2026
Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
08:56 31.07.2026
Prezident: "Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik"
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
08:54 31.07.2026
İlham Əliyev: "Azərbaycanın və Qırğızıstanın humanitar sahədə əlaqələri uğurla inkişaf edir"
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
08:51 31.07.2026
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
08:32 31.07.2026
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
08:23 31.07.2026
Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
05:37 31.07.2026
Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
03:23 31.07.2026
Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadıldı
İran Bolqarıstana xəbərdarlıq etdi
02:40 31.07.2026
İran Bolqarıstana xəbərdarlıq etdi
Rusiya Durovu terrorçu elan etdi
02:19 31.07.2026
Rusiya Durovu terrorçu elan etdi
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
01:37 31.07.2026
Əmək müqaviləsi yoxdursa, işçi nə etməlidir?
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
01:25 31.07.2026
"Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək
Ən gec qocalan 5 bürc
01:05 31.07.2026
Ən gec qocalan 5 bürc
Yaşı 60-dan çox olanların nəzərinə
00:47 31.07.2026
Yaşı 60-dan çox olanların nəzərinə