Konqoda Ebola qurbanlarının sayı 900-ə çatdı

Konqoda Ebola qurbanlarının sayı 900-ə çatdı
DÜNYA
16:40 19.07.2026
623
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu səbəbindən ölənlərin sayı 893 nəfərə çatıb.
 
AZXEBER.COM xəbər verir ki, ölkədə virusa təsdiqlənmiş yoluxma halları isə 2 267-yə yüksəlib.

May ayında başlayan epidemiyaya hələlik peyvəndi və ya spesifik müalicəsi olmayan "Bundibuqiyo” ştammı səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu dalğanı ölkə tarixinin ən böyük epidemiyalarından biri hesab edir. Hazırda infeksiyanın qarşısını almaq üçün tədbirlər davam etdirilir.
 
//qafqazinfo 
 

OXŞAR XƏBƏRLƏR