Konservatoriyaya 3 milyon manat ayırıldı

MƏDƏNİYYƏT
08:04 30.11.2012
1362
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 3 milyon manat ayrılıb.

OXŞAR XƏBƏRLƏR