Koronavirusun "Mu” variantından sonra indi də "Eta” mutasiyası aşkarlanıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Kolumbiyada ortaya çıxan və Yaponiyada da görünən "Mu" adlı yeni mutasiyadan sonra "Eta” mutasiyası aşkarlanıb. Bu barədə Yaponiya Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, COVİD-19-un "Eta” mutasiyasına yoluxanlar artıq 18 nəfərdir.
Səhiyyə Nazirliyindən bildirilib ki, 2020-ci ilin dekabr ayından ötən ilin sentyabr ayına qədər ölkəyə gələn və karantin mərkəzlərində pozitiv olan xəstələrdən götürülən nümunələri araşdıran Milli Yoluxucu Xəstəliklər İnstitutunda "Eta” mutasiyaları aşkarlanıb.
Həmçinin, vəziyyət üzrə genetik analizlərin müxtəlif virus mutasiyalarını təyin etməyə davam edəcəyi də qeyd edilib.
Onu da qeyd edək ki, görülən Covid-19 mutasiyalarını VOC (narahatlıq mutasiyası) və VOI (maraq mutasiyaları) kimi təsnif edən ÜST əvvəllər "narahatlıq mutasiyaları" sinfinə Alfa, Beta, Qamma və Delta mutasiyalarını daxil etmişdi. "Mu” mutasiyası da "maraq mutasiyaları" arasındadır.
Ayşən Mirzəyeva