Koronavirusun “Eris” variantından qorunma YOLLARI

SAĞLAMLIQ
13:13 11.10.2023
438
Türkiyədə də görülən "Eris” variantının əvvəlki variantlarla müqayisədə nə dərəcədə yoluxucu və təhlükəli olması maraq doğurur.

AZXEBER.COM xəbər verir ki, Ensonhaber-ə danışan professor Celalettin Kocatürk Türkiyədə ilk dəfə görülən koronavirusun alt variantı olan "Eris”in yeni bir epidemiyaya səbəb olub-olmayacağını qiymətləndirib. 

Kocatürk variantdan qorunmağın yollarını da açıqlayıb:

"Virus əslində təhlükəlidir. Özümüzdə narahatlıq hiss etsək, xəstəxanaya gedib müayinədən keçməliyik. Mütləq tədbir görməliyik. Xəstəliyin çox olacağını düşündüyümüz yerlərdə maskalar taxmalıyıq. Qapı və pəncərələri mümkün qədər açaraq təbii havalandırmanı təmin etməliyik. Ola bilsin ki, immuniteti zəif olanlar və ya kritik xəstəliyi olanlar üçün peyvənd gündəmə gələ bilər”.

Ayşən

OXŞAR XƏBƏRLƏR