Koronavirusun "Mu" variantının əlamətləri açıqlandı - Daha sürətlə yayılır

SAĞLAMLIQ
13:35 08.09.2021
4008
Türkiyədə 2 nəfərdə aşkarlanan koromavirusun "Mu" variantının simptomları məlum olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Səhiyyə naziri Fahrettin Koca dünən Türkiyədə iki nəfərdə "Mu” variantının aşkarlandığını açıqlayıb. 

"Delta"dan sonra ortaya çıxan bu variant ilk dəfə Kolumbiyada görülüb. 

40 ölkədə aşkarlanan "Mu” variantının ölümcül olub-olmadığı hələ bilinmir. 

Yeni variantın simptomları qızdırma, öskürək, qoxu və daddakı dəyişikliklər olaraq sıralanır.

Ankara Universitetinin müəllimi professor İsmail Balık deyib: 

"Mu” variantının simptomları digər variantlar kimi, hərarət, öskürək, qoxu və dadının dəyişməsidir. İndiyə qədər digər variantlardan fərqli heç bir simptom göstərməyib. "Mu"dan qorunma digər variantlardan qorunmaqla eynidir. Ən əsası maskaya, məsafəyə və gigiyena qaydalarına riayət etməkdir. Bu üç qaydaya əməl etsək, heç bir problemimiz olmayacağını düşünürəm.”- deyə bildirib.

Həmçinin o, "Mu” variantının sürətlə yayılan bir virus olduğunu da vurğulayıb. 

Qeyd edib ki, "Mu"nun daha şiddətli bir gedişata sahib olub-olmadığı və ya ölümcül olduğu tam olaraq bilinmir. 

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR