Kreml: Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir

Kreml: Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir
DÜNYA
14:36 10.03.2024
180
Vladimir Putinin təhlükəsizliyi etibarlı şəkildə təmin edilir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin təhlükəsizliyi, o cümlədən səfərlər vaxtı qida qəbulu zamanı etibarlı şəkildə təmin edilir.

Qeyd edək ki, martın 5-də Putin Stavropol diyarına səfəri zamanı istixana kompleksinin işçiləri ilə nahar edib, ona şorba, kartof püresi və həmin istixanada yetişdirilən tərəvəzlər təqdim olunub.
OXŞAR XƏBƏRLƏR