Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb

Kreml Trampın Zelenski ilə bağlı fikirləri ilə razılaşıb
DÜNYA
05:00 17.10.2026
210
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin sülh yolu ilə həllinə can atmadığı barədə fikirləri ilə razılaşır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Zelenski münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində məsuliyyəti üzərinə götürmək istəmir. O, bu məsələdə Moskvanın Trampın mövqeyi ilə üst-üstə düşdüyünü qeyd edib.

Kremlin sözçüsü əlavə edib ki, Ukrayna hakimiyyətinin iştirakı olmadan münaqişənin başa çatdırılması mümkün deyil.
 
///bakuws///
OXŞAR XƏBƏRLƏR