Kremldən kosmosda nüvə silahı yerləşdirilməsi ilə bağlı AÇIQLAMA

Kremldən kosmosda nüvə silahı yerləşdirilməsi ilə bağlı AÇIQLAMA
DÜNYA
16:22 15.02.2024
131
Kremlin sözçüsü Dmitri Peskov "Rusiyanın kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığı” iddialarına cavab verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verərkən bildirib.

ABŞ mediasında əks olunan iddiaları dəyərləndirən Peskov yaylılan xəbərlərin dezinformasiya olduğunu bildirib.

Peskov həmçinin mətbuat konfransında ABŞ-nin milli təhlükəsizlik müşaviri Cek Salivanın məsələ ilə bağlı məlumat verməsini gözlədiklərini də bildirib.

Peskov Ukrayna ilə müharibənin daha uzun zaman davam edəcəyinin də anonsunu verib:
 
"Ukraynada əməliyyat konkret hədəflərlə başlayıb, lakin Qərb və NATO ilə müharibə olaraq davam edir. Bu səbəbdən əməliyyat lazım olandan daha uzun sürə bilər. Ancaq müddət əməliyyatın mənasını və nəticəsini dəyişə bilməz".
 
Günel
OXŞAR XƏBƏRLƏR