İstanbul Konqres Mərkəzində “Star TV”nin təşkil etdiyi “Elidor Miss Turkey 2013” gözəllik müsabiqəsinin final gecəsi keçirilib
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə Kənan Doğulu səhnəyə çıxıb. Müsabiqənin final tədbirində Engin Altan Düzyatan, Əhməd Qayda, Türkyə kinosunun ulduzlarıdan isə Filiz Akın, Azra Akın, jurnalist Hıncal Uluç, Güneri Cıvaoğlu və moda dizayneri Yıldırım Mayruk iştirak edib. Münsiflər İstanbul Universiteti Astronomiya və Kosmos Elmləri fakultəsinin birinci kurs tələbəsi - 2 saylı iştirakçı Ruveyda Öksüzü “Miss Turkey 2013” gözəllik müsabiqəsinin qalibi seçiblər. Berrin Keklik ikinci, Ezgi Avcı isə üçüncü olub.