‘Küləklər qəbrimi xaraba qoyub’ - ŞEİR

MARAQLI
12:47 06.06.2013
1856

AZXEBER.COM məşhur jurnalist Anar Yusifoğlunun şeirini təqdim edir.

Mənim məzarımda sahibsiz çiçək,

sığmısan daşımın kölgəsinəmi?

tək-tənha gəlmisən məzarım üstə

mənim kədərimə üşümürsənmi?

küləklər qəbrimi xaraba qoyub

başdaşım yellənir məzarım üstə

bu tənha məzarın adı da ağır...

bu tənha məzarın qulağı səsdə

quşların şən səsi-civiltisinə

bir doğma adamın isti səsinə

bir sığal istəyir, adi bir sığal...

OXŞAR XƏBƏRLƏR