Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.
Bildirilir ki, rayonun Şilyan kənd sakini, 1986-cı il təvəllüdlü Elşən Abdulağa oğlu Abdulov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Samirə Mahir qızı Abdulovanı bıçaqlayaraq öldürüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
35 yaşlı qadın qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.
Qətlin səbəbləri araşdırılır.