Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürüb
HADİSƏ
23:37 06.08.2025
186
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Kartlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən yolu keçmək istəyən hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR