Kürəkənini öldürəndən sonra intihar etdi

DÜNYA
14:52 01.11.2024
249
Ekrem Girgin (50 yaş) adlı şəxs qızı ilə boşanma mərhələsində olan kürəkəni Arbin Timuru (32 yaş) silahla atəş açaraq öldürüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bayrampaşa bölgəsində baş verib.
 
Girgin cinayəti törətdikdən sonra özünü öldürüb. Hadisə bu gün yerli saatla 12:00 radələrində baş verib.
 
İddiaya görə, Arbin Timur işləmədiyi üçün M.T. Timur ilə  boşanma mərhələsində olub. Qızın atası  Ekrem Girgin kürəkənini iş yerinə aparıb və birlikdə işləməyə başlayıblar. Bir müddət sonra mübahisə etməyə başlayıblar.
 
Mübahisənin böyüməsi nəticəsində Ekrem Gİrgin Arbini vurduqdan sonra intihar edib. Hadisə yerinə polis qrupları göndərilib. 
 
Hadisə ilə bağlı araşdırmalar davam edir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR