“Lamin Yamal kimi istedadı əlimizdən qaçırardıq”

“Lamin Yamal kimi istedadı əlimizdən qaçırardıq”
İDMAN
21:33 21.09.2025
308
İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli ölkəsində gənc futbolçuların inkişaf sistemi ilə bağlı sərt fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, 68 yaşlı mütəxəssis "Corriere della Sera”ya açıqlamasında indiki yanaşmanı səhv adlandırıb:

"Əsl həqiqət budur ki, 10 il əvvəl bizim düşərgələrdə Lamin Yamal kimi bir istedad olsaydı, onu əlimizdən qaçırardıq. Çünki məşqçilər oyunçuların oynamaq və əylənmək sevincini əlindən alır, onları şablonlarla, diaqonallarla, boşluqların tutulması ilə, ikinci toplarla və yerləşmiş müdafiəyə hücumla yükləyirdilər”.

Prandelli uşaqların futbol məktəblərində həddindən artıq yüklənməsinin yanlış olduğunu bildirib:
"8, 9, 10 yaşlı uşaqlara peşəkar futbolçuya aid prinsipləri zorla öyrətmək dəli bir yanaşmadır. İllərdir yanlış yolla gedirik. Dəyişiklik lazımdır. Mən də öz kiçik payım qədər kömək etməyə çalışacam. Asan olmayacaq, amma nəsə edilməlidir”.

Təcrübəli mütəxəssis İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravi­na ilə yeni layihə üzərində işlədiklərini də açıqlayıb:
"Hazırda futbol məktəbləri ilə bağlı federasiyanın layihəsi üzərində çalışırıq”.
OXŞAR XƏBƏRLƏR