Lavrov: "Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur"

Lavrov: "Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur"
SİYASƏT
14:09 12.10.2020
4444
Dağlıq Qarabağda atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmalara tam əməl olunmur.
 
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla görüşü zamanı deyib. O bildirib ki, ötən cümə və şənbə günləri azərbaycanlı nazirlə birgə danışıqlar keçirilib: "Prezident Vladimir Putinin təşəbbüsü ilə vacib razışlaşma əldə olunub. Biz görürük ki, bu razılaşmaya hələlik tam şəkildə əməl olunmur və döyüş əməliyyatları davam edir". Nazir ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla təmasları Dağlıq Qarabağ tənzimlənməsi üzrə Moskvada üçtərəfli formatda şənbə gecəsi əldə olunmuş razılaşmaların tam icrasına xidmət edəcək.
OXŞAR XƏBƏRLƏR