AZXEBER.COM-un verdiyi məlumata görə, məşhur müğənninin Kanadada verdiyi konsertdə geydiyi paltar fanatları tərəfindən etirazla qarşılanıb.
Ledi Qaqa arxası yarıqlı şalvar və üzərində silah maketi olan büsthalter geyinib. ABŞ-da məktəbdə baş verən məlum hadisədən sonra amerikalı müğənninin belə geyinməsi birmənalı qarşılanmayıb.
Qeyd edək ki, ABŞ-ın “Sandi Huk” məktəbində baş verən silahlı hücum nəticəsində 20 şagird və 6 müəllim həlak olmuşdu.