"Legiya"nın hücumçusu qarət olundu

"Legiya"nın hücumçusu qarət olundu
İDMAN
04:31 15.10.2021
357
Polşa "Legiya"sının futbolçusu Tomaş Pexartın evi qarət olunub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə çexiyalı hücumçu "Interia Sport"a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Qeyd edək ki, Tomaş Pexart 2022-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.
OXŞAR XƏBƏRLƏR