Bu il martın əvvəllərində Olqa Ulyanovanın 89 yaşı tamam olub. Saytda Olqanın Ulyanovlar ailəsinin sonuncu birbaşa nümayəndəsi olduğu bildirilir. Lakin Olqa Ulyanova 2003-cü ildə «İzvestiya» qəzetinə verdiyi müsahibədə Dmitri Ulyanovun kəbindənkənar oğlunun mövcud olduğunu bildirmişdi.
Olqa Ulyanova Moskva Dövlət Universitetinin kimya fakültəsini bitirib, kimya elmləri namizədi, dosent olub.