Lənkəranda ferma yandı - FOTOLAR

Lənkəranda ferma yandı - FOTOLAR
HADİSƏ
22:57 14.07.2025
272
Lənkəran rayonunun İsti-Su qəsəbəsində yerləşən fermada baş vermiş yanğın nəticəsində ciddi tələfat qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, yanğın meşə zolağına yaxın ərazidə rayon sakininə məxsus fermada baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə Hissəsinin 3, Masallı rayonundan 1 və Liman şəhərindən 1 yanğınsöndürən texnikası, ümumilikdə 25 nəfərlik şəxsi heyət cəlb olunub. Eyni zamanda, yanğının söndürülməsində 30-a yaxın kənd sakini də iştirak edib.

Yanğın 2 min kvadratmetr ərazini əhatə edib. Nəticədə 5 baş iribuynuzlu heyvan tələf olub, 10 min ədəddən çox ot bağlaması yanıb. Qısa müddət ərzində yanğın lokallaşdırılıb, meşə zolağına və yaxınlıqda olan 5 ədəd kənd təsərrüfatı texnikasına keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi və səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 

 

 




OXŞAR XƏBƏRLƏR