Lənkəranda kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü

KRİMİNAL
16:46 22.03.2018
2439

Lənkəran rayonunda iki gün əvvəl kürəkəni tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.

"Report"un Cənub bürosu xəbər verir ki, 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu bu gün müalicə olunduğu Lənkəran Rayon Mərkəzai Xəstəxanasında dünyasını dəyişib.

Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ş.Əmənovun ölümünə səbəb olan hadisə iki gün əvvəl rayonun "RAYPO" adlanan yaşayış massivində qeydə alınıb. Hadisədən sonra oğlanları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriən yaralının çoxlu qan itirdiyi məlum olub. Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Hadisəni törədən şəxsin saxlanıldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR