Leyla Əliyeva dostuna şeir yazdı

MƏDƏNİYYƏT
01:59 13.10.2014
2778

Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yeni “Dostlar” adlı şeir yazıb.

Həmin şeiri təqdim edirik:

(Друзья)

Dost bir, ya iki-Bunu deyib aqillər.Dünyaya gələn gündən,“Sən dost qazan” deyiblər.Qəm-qüssəyə batanda,Dostlar çatıblar dada;Qısalar yaman günlər,Dost çatarsa haraya...Ey dostum, şəkk eyləmədostunun dostluğuna;Şübhə dediyin şeyinsonu yoxdur dünyada...Qəhqəhə çək, qəlbən gül,Lap dişlərin ağarsın,Təki ürəklərdəki,Şübhələri dağıtsın...Dost sənə həsəd çəkir,Yalan-palan danışır? –İndi onu görməyəHeç sən də şad deyilsənamma bunu da bil ki,O da düşünür elə. –Elə hey gileylənir:“Suçun böyüyü səndə”...Axşam televizora,baxırsınız birlikdə,Onda böyük ekrandı,Kiçik ekranlı səndə...Ancaq sənin yerin başqadır-başqa,Altında kreslo, yerinsə başda...Əsası odur ki, birgəsiz-birgəQəm-qüssə yox olar gülsəniz birgə.Maşında əylənin lap səhərəcən,Vay, problem çıxdı:“Bu nə deməkdir?sükan dostumdadır,məndə olsaydı...” –Tacın olmasa da, özünü şah say,Ağayana otur, qaldırma haray...Futbol oynayırsız stadionda,Ayağın sınsa da, topa yiyələn..!amma görəndə ki, dost pərişandır,Həyatda axsayır, sənə möhtacdırƏlindən bərk yapış, sən yanında qal.Dost bir olar, ya iki,Dostluğa dəyər verək,Şad-xürrəm yaşamaqçun,Hər bir kəsə dost gərək.Heyif ki, bu həyatda,Bir şeyin əlacı yox –Ürəklərdə yurd salan,Xıltı silib süpürmək,Şəkk-şübhəni yox etmək...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

OXŞAR XƏBƏRLƏR