Leyla Əliyeva yubileyini qeyd edir

MƏDƏNİYYƏT
04:00 03.07.2015
4954
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva doğum gününü qeyd edir.
AZXEBER.COM xəbər verir ki, bu gün Leyla Əliyevanın 30 yaşı tamam olur.
Qeyd edək ki, Leyla Əliyeva 1985-cı ildə Moskva şəhərində anadan olub. L.Əliyeva Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. Leyla xanım iki övlad anasıdır.

OXŞAR XƏBƏRLƏR