Livanın BMT-dəki (BMT) nümayəndəsi Hadi Haşim BMT Baş Assambleyasının Fələstin məsələsinin müzakirə edildiyi sessiyasında çıxış edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkəsinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə tam sadiq olduğunu vurğulayan Haşim çıxışının davamında bildirib ki, Livan hökuməti və baş nazir Nəcib Mikati müharibənin Livana doğru yayılmasının qarşısını almaq üçün səylərini əsirgəməyib.
Haşim qeyd edib ki, Əl-Mari şəhərinin ətrafı, Kəfr Şuba təpələri və Şeba Fermaları Livana məxsusdur və tarix, haqq və həqiqət Livanın tərəfindədir.
Livanın baş naziri Necib Mikati dekabrın 5-də verdiyi açıqlamada, İsraillə sərhəddəki mübahisəli bölgələr üçün BMT vasitəsilə İsraillə danışıqlar aparacaqlarını bildirib.
Ayşən