Livanın baş naziri: İsrail bütün yaşıl əraziləri məhv etməyi planlaşdırır

DÜNYA
14:03 23.09.2024
122
İsrailin mülki yaşayış məntəqələrini vuracağını əks etdirən təhdid mesajlarına Livanın baş naziri cavab verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, baş nazir bildirib ki, İsrail Livanın kənd və qəsəbələri, o cümlədən bütün yaşıllıqları məhv etməyi planlaşdırır.

Daha əvvəl təyyarədən atılan vərəqələrlə mülki insanları "evinizi tərk edin" deyə təhdid edən İsrail ordusu cənubdakı kənd və qəsəbələrdə bir çox yaşayış və binalarda silah gizləndiyi iddiası ilə bu gün hücuma keçəcəklərini açıqlayıb. 
 
İsrail Ordusunun sözçüsü Aviçay Adraee bunun mülki əhalinin təhlükəsizliyi üçün son çağırış olduğuna diqqət çəkərək, İsrailin sözügedən tikililəri sökəcəyi ilə hədələyib.

İsrailin təhdidindən sonra Livanın baş naziri Mikati açıqlama verib. 

Baş Qərargah rəisi Herzi Halevinin Livandakı "Hizbullah hədəfləri"nə hücumları təsdiqlədiyi bildirilib.

Bildirilib ki, səhər saatlarından etibarən Livanın cənub və şərqində 300-dən çox hədəf vurulub.

Mikayıl
OXŞAR XƏBƏRLƏR