"Liverpul" 18 yaşlı müdafiəçini transfer etdi

"Liverpul" 18 yaşlı müdafiəçini transfer etdi
İDMAN
23:53 15.08.2025
600
İngiltərənin "Liverpul" futbol klubu Covanni Leoni transferini rəsmiləşdirib.

AZXEBER.COM xəbər verir ki, bu keçid üçün "Parma” klubuna 35 milyon avro ödənilib.

Mersisayd təmsilçisi 18 yaşlı müdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Leoni "qırmızılar”da 15 nömrəli formanı geyinəcək. Gənc istedadla "İnter”, "Milan”, "Mançester Yunayted” və "Nyukasl” da maraqlanırdı.

Xatırladaq ki, Covanni ötən mövsümdə A Seriyasında keçirdiyi 17 oyunda bir qol vurub.
OXŞAR XƏBƏRLƏR