Ölülər üçün mehmanxana açılıb

MARAQLI
21:47 16.09.2011
1931

Yaponiyanın Yokohama şəhərində vəfat edənlər üçün “Lastel” adlı mehmanxana açılıb. Dünyada analoqu olmayan bu mehmanxanada 18 ölü “sakin” nömrələrdəki soyuq tabutlarda yerləşdirilir. “Lastel”də bir gün qalmaq üçün 12 min yen (157 ABŞ dolları) ödəmək lazımdır. Bu məbləği ödədikdən sonra vəfat edənin qohumları onu nömrədə yerləşdirərək, işin həddindən artıq çox olduğu şəhər krematoriyalarında öz növbələrinin çatmasını gözləyə bilər. Yaponiyada insan ölümü son zamanlar gəlirli biznesə çevrilib. Ölkədə iqtisadiyyatın tənəzzülünə baxmayaraq, yaponlarda dəfn üçün xərclərin azaldılması yolverilməz hesab olunur. Bu məqsədlə əvvəllər də olduğu kimi, təqribən 1,2 milyon yen (16 min ABŞ dolları) sərf olunur. Bu məbləğ ildə təqribən 21 milyard dollar təşkil edir ki, hər vəfat edənə orta hesabla götürdükdə bu, məsələn, ABŞ-dakından 2 dəfə çoxdur.

OXŞAR XƏBƏRLƏR