Ölümə səbəb olan bu virus növü hər il aktivləşir

SAĞLAMLIQ
01:00 30.10.2023
524

İlk dəfə 2003-cü ildə Honq-Konqda ölümə səbəb olan quş qripi (H5N1) virusu yenidən ortaya çıxıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Asiyada təsirini davam etdirən virus Avropa, Antarktida və Afrikada da görülüb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri 873 nəfərdə "H5N1” aşkarlanıb və nəticədə 458 nəfər ölüb. 

Yeni bir araşdırma ölümcül quş qripi epidemiyalarının episentrinin Avropa və Afrika olduğunu məlum edib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin dərc etdiyi hesabata görə, 2021-2022-ci illər üzrə məlumatlar Avropa qitəsində indiyə qədər görülmüş ən böyük quş qripi epidemiyasının baş verdiyini göstərib.

Səlahiyyətlilər virusun insanlar arasında yayılmasını dayandırmaq ümidi ilə işlərini davam etdirirlər.

Ayşən

OXŞAR XƏBƏRLƏR