Mətbuat Şurası aksiyadakı jurnalistlərə qiymət verdi

MARAQLI
05:07 18.04.2011
1796
Aksiyanı işıqlandıran media nümayəndələrinin əksəriyyəti üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olublar. Bu, onların fərqlənmələrinə imkan verib. Monitorinq qrupu bəzi jurnalistlərin prosesə xüsusi geyimlərdə qatılmamalarına dair hallar da aşkarlayıb və müvafiq tövsiyələrini verib.

Aksiyada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən akkreditasiyadan keçməyən iki İsveç jurnalisti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq məsələnin araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə aparılıb. Mətbuat Şurası xarici ölkələrdən olan media nümayəndələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanında akkreditasiya olunmalarının vacibliyini bildirərək onlara buna əməl etməyi tövsiyə edir.

Mətbuat Şurası həmçinin kütləvi aksiyaları, xüsusən də icazəsiz xarakter daşıyan mitinqləri işıqlandıran bütün jurnalistlərdən prosesə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə qatılmalarını xahiş edir.

OXŞAR XƏBƏRLƏR