Macarıstan Milli Assambleyasının mətbuat xidmətinin məlumatına görə, bu ölkənin əsas rəmzlərindən biri olan Müqəddəs Tacın olduğu vitrin zədələnib. Bu səbəbdən yeni vitrin quraşdırılana qədər tacın özü köçürülməlidir.
Parlament binasında saxlanılan Müqəddəs Tac və tacqoyma nişanları (kralın əsası, "derjava”, qılınc) Macarıstanın minillik tarixinin rəmzidir. Vitrin günbəzinin altında saxlanılan tarixi artefaktların orijinal görünüşünü qorumaq üçün diqqətli qulluq tələb olunur.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, indi məlum olduğu kimi, tacqoyma nişanlarının saxlandığı şüşə anbar otağında soyuducu sistem sıradan çıxıb, buna görə də onların saxlanması üçün tələb olunan temperatur və rütubət qoruna bilmir.
Parlamentin dəftərxanası əvvəlki vitrinin alman istehsalçısı "Glasbau Hahn GmbH” şirkətinə tender sorğusu ilə müraciət edib. Müqəddəs Tac üçün vitrinin tədarükü, quraşdırılması və istismara verilməsi üzrə müqavilə artıq imzalanıb. O, 151 min avro və ya bugünkü məzənnə ilə 61 milyon macar forinti məbləğində qiymətləndirilir.
Bu məbləğə on nəfərədək operator üçün təlim və elektrik komponentlərinə (temperatura nəzarət sistemi, rütubətə nəzarət sistemi, hidravlik liftlər və işıqlandırma) ikiillik texniki xidmət daxildir. Əvvəlki alış qiyməti 28 milyon forint təşkil edirdi.