Mahir Emreli "Dinamo"da nə vaxt debüt edəcək? - Baş məşqçidən AÇIQLAMA

Mahir Emreli "Dinamo"da nə vaxt debüt edəcək? - Baş məşqçidən AÇIQLAMA
İDMAN
21:41 11.02.2022
408
Azərbaycan millisinin üzvü Mahir Emrelinin bu yaxınlarda transfer olunduğu Zaqreb "Dinamo”sunun baş məşqçisi Zelko Kopiç həmyerlimizlə bağlı açıqlama verib.

AZXEBER.COM "Oxu.Az"a istinadən xəbər verir ki, Xorvatiya çempionatının 23-cü turu ərəfəsində yerli mətbuata danışan mütəxəssis Emrelinin yeni komandasının heyətində nə zaman debüt edəcəyi məsələsinə də aydınlıq gətirib.

Kopiç bildirib ki, hazırda Emreli komanda ilə məşq edir. Onun sözlərinə görə, futbolçunun "Qoritsa” ilə qarşıdakı oyunda meydana çıxmasına bugünkü məşqdən sonra qərar veriləcək.

Qeyd edək ki, "Dinamo” – "Qoritsa” qarşılaşması fevralın 12-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR