Mahir Emrelinin COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib

Mahir Emrelinin COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib
İDMAN
05:53 13.10.2021
444
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin oktyabrın 11-də verdiyi COVID-19 testi pozitiv nəticələnmişdi. Bununla bağlı UEFA-ya müvafiq məlumat verilmişdi.
 
AZXEBER.COM AFFA-ya istinadla xəbər verir ki, oktyabrın 11-də M.Emrelidən götürülən ekspress-test neqativ olmuşdu. Bu gün – oktyabrın 12-də futbolçunun növbəti PCR testi də neqativ nəticələnib. Mahir Emrelinin son 24 saat ərzində verdiyi COVID-19 testlərinin fərqli nəticələri ilə bağlı UEFA-ya məlumat verilib.
OXŞAR XƏBƏRLƏR