Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - FOTO

Mahir Əmrəlinin dayısı oğlunun meyiti tapılıb - FOTO
HADİSƏ
09:59 01.11.2025
404
Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

AZXEBER.COM xəbər verir ki, hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Əmrəlinin dayısı oğludur.

APA

 


 

 

OXŞAR XƏBƏRLƏR