Mahsun Kırmızıgül 16 ildən sonra yeni mahnısını təqdim etdi

Mahsun Kırmızıgül 16 ildən sonra yeni mahnısını təqdim etdi
DÜNYA
12:42 28.07.2023
421
 
Məşhur müğənni Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına geri qayıdıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün ofisində mətbuat mənsubları ilə görüşən Mahsun Kırmızıgül yeni mahnısının reklamını edib.

Kırmızıgül bildirib ki, onun yeni mahnısının iki adı var:
 
"Mahnının iki adı var. "Psixologiya" və "Mənim Adım Üsyandır".
 
"İllər əvvəl "Dinlə"ni çıxardığımda ətrafımdakılar rişxəndlə mahnının mənə uyğun olmadığını bildirmişdilər. Haqlı olduğumu sübut etdim və "Dinlə" mahnısına illər sərf etdim. Uzun zaman keçməsinə baxmayaraq, bu musiqi hələ də toylarda, gecə klublarında və dünyanın hər yerində sevilir və dinlənir. Bu, artıq yeni mahnımdır. Sənətçi dostlarımı gözlədim, lakin onlar yavaş çəkili, tərpənməyən mahnılara üstünlük verdilər. Hamını silkələyən təsirli mahnı yarada bilmədilər. Bu mahnını buraxmağa qərar verdim. Mahnını gördüklərimdən ilhamlanaraq yazdım. Yeni musiqim avqustun 4-də rəqəmsal platformalarda dinləyiciləri ilə görüşəcək”, - deyə o bildirib.
 
Jurnalistlərin "Musiqiyə uzun müddət ara verdiyiniz üçün peşmansınızmı?" sualını cavablandıran müğənni fikirlərini belə ifadə edib:
 
"Uzun müddət oxumayandan sonra səs tellərim kifayət qədər paslanmışdı. Özümü yeni tapmağa başladım. 16 il fasilə verməsəm, ən azı 50-60 mahnın olardı. Musiqi mühitində insanlar rəqəmsala keçid səbəbindən istədikləri gəliri əldə edə bilmirlər. Biz albom buraxanda milyonlarla dollar pul qazanırdıq. İndi musiqi sənayesi həqiqətən istehsal etdiklərini almır. Sənətçilər bir-birini qısqanır. Məsələn, yaxşı bir bəstəyə qulaq asanda deyirəm ki, mən də bunu bacara biləydim. Yeganə peşmanlığım budur”.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR