Makron: Biz həmişə Livanın yanında olmuşuq

DÜNYA
10:55 25.09.2024
130
Fransa prezidenti Emmanuel Makron ölkəsinin hər zaman Livanın yanında olduğunu bəyan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-a səfər edən Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası ərəfəsində Fransa mətbuatına Livanla bağlı açıqlamalar verib.

 Livandakı hadisələri müzakirə etmək üçün bu həftə BMT Təhlükəsizlik Şurasında keçiriləcək toplantının çox əhəmiyyətli olduğunu deyən Makron, regiondakı vəziyyəti nəzərə alaraq bu görüşü dəstəklədiyini bildirib.

"Biz həmişə Livanın tərəfində olmuşuq və bundan sonra da belə olacağıq”.
 
Gülay
OXŞAR XƏBƏRLƏR