Malayziyanın Sabah əyalətinin Lahad Datu şəhərində timsah fermeri yeyib.
AZXEBER.COM xarici KIV-ə istinadən xəəbər verir ki, bu barədə "The Star" qəzeti məlumat yayıb.
4,5 metr uzunluğunda olan timsah tapançadan açılan atəşlə zərərsizləşdirilib.
Lahad Datunun şərq sahilində fermer Rusdi Tambah balıq tutmağa getdiyi çay sahilində timsahın hücumuna məruz qalıb və suya çəkilib.
Tambahı tapmağa çalışan axtarış-xilasetmə işçiləri, fermerin 4,5 metr uzunluğundakı timsah tərəfindən yeyildiyini görüb və 5 dəfə atəş açaraq timsahı öldürüblər.
Həyatını itirən Tambahın meyiti polis orqanlarına təhvil verilib, ölmüş timsah isə əməkdaşlar tərəfindən aparılıb.
Qeyd edək ki, Malayziyanın Sabah və Saravak əyalətlərində 2001-2020-ci illər arasında timsahların 205 hücumu nəticəsində 135 nəfər həyatını itirib.
Bununla belə, Sabah və Saravak əyalətlərində ildə orta hesabla 10 timsah hücumu olur.
Oksana