“Mançester Siti”nin hücumçusu zədələndi

“Mançester Siti”nin hücumçusu zədələndi
İDMAN
17:24 10.09.2025
267
"Mançester Siti”nin hücumçusu Omar Marmuş zədələnib.

AZXEBER.COM xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Misirli forvard yığmasının Burkina Faso ilə dünya çempionatının seçmə mərhələsində keçirdiyi oyunun əvvəlində dizindən xəsarət alıb.

İlkin müayinənin nəticəsinə əsasən, Marmuş bazar günü keçiriləcək Mançester derbisində meydana çıxa bilməyəcək. 

O, yaxın günlərdə İngiltərəyə qayıdaraq əlavə tibbi müayinədən keçəcək və bərpa prosesinə başlayacaq.

Qeyd edək ki, "Mançester Siti” – "Mançester Yunayted” oyunu sentyabrın 14-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək.

Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR