Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarıldı

Maradonanın məşhur oyunda geyindiyi forma hərraca çıxarıldı
İDMAN
19:10 06.04.2022
327
Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın forması hərraca çıxarılıb.

"Sotheby's" hərrac evi geyim dəstinə 5,2 milyon ABŞ dollar başlanğıc qiyməti qoyub.

Mərhum oyunçu həmin formanı 1986-cı ildə Meksikada keçirilmiş dünya çempionatında İngiltərə yığmasının qapısına əllə qol vurduğu 1/4 final matçında (2:1) geyinib. Sözügedən forma son 35 ildə İngiltərə millisinin keçmiş üzvü Stiv Hocda olub. O, formanı Argentina yığması ilə matçdan sonra Maradona ilə dəyişib.

Onlayn hərrac aprelin 20-də başlayacaq və mayın 4-dək davam edəcək.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də dünyasını dəyişib.
 
///Report
OXŞAR XƏBƏRLƏR