Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik

Mark Rutte: Transatlantik hərbi-sənaye inqilabının ərəfəsindəyik
DÜNYA
18:30 07.07.2026
477
NATO transatlantik hərbi-sənaye inqilabı ərəfəsindədir.

Bunu NATO-nun Baş katibi Mark Rutte Ankarada keçirilən NATO sammitində çıxışı zamanı deyib.

Baş katib bildirib ki, Rusiya, İran, Çin və Şimali Koreya tərəfindən yaranan təhdidlər fonunda NATO-nun hərbi-sənaye potensialının daha da gücləndirilməsi zəruridir.

"Vaxt itirə bilmərik. Rusiya dövlət büdcəsinin demək olar ki, yarısını müharibə maşınına sərf edir. Onun hərbi sənayesi sutkada 24 saat fəaliyyət göstərir. Çin silahlı qüvvələrini modernləşdirməyə davam edir və nüvə potensialını heç bir şəffaflıq olmadan artırır. Şimali Koreya nüvə proqramını inkişaf etdirir və Rusiyaya hərbi təchizat göndərir. Yaxın vaxtlarda baş vermiş müharibə İranı ciddi şəkildə zəiflətsə də, ayıq-sayıq olmalıyıq", – deyə Mark Rutte vurğulayıb.

Baş katib qeyd edib ki, adıçəkilən ölkələr öz fəaliyyətlərini koordinasiya edir. O, bu təhdidlərə qarşı NATO müttəfiqləri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR