Ermənistanda müxalifət lideri həbs edildi

Ermənistanda müxalifət lideri həbs edildi
DÜNYA
21:03 07.07.2026
120
Məhkəmə "Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı və müxalif siyasətçi Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

AZXEBER.COM xəbər verir ki, qərarı hakim Qarik Abelyan verib.

Tsarukyan xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında və dələduzluqda ittiham olunur. 

Müxalif siyasətçi ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.

Analitiklərin fikrincə, Tsarukyanın həbsi Ermənistanın Baş naziri Nikol Paşinyan ilə müxalifət arasında davam edən siyasi qarşıdurma fonunda baş verib. Bildirilir ki, Paşinyan həm seçki öncəsi, həm də seçkilərdən sonra onun ünvanına sərt açıqlamalar verib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti son illər bir sıra müxalif siyasətçilər və ictimai xadimlərə qarşı müxtəlif cinayət işləri başladıb. İqtidar bu addımları korrupsiyaya qarşı mübarizə kimi təqdim etsə də, müxalifət onları siyasi təqib kimi qələmə verir.
OXŞAR XƏBƏRLƏR