"Marsel" - "Qarabağ" oyununun hakimləri açıqlandı

"Marsel" - "Qarabağ" oyununun hakimləri açıqlandı
İDMAN
13:21 15.02.2022
380
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Marsel" komandası ilə Fransada keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, qarşılaşmanı monteneqrolu Nikola Dabanoviç idarə edəcək.

Ona həmyerlilərindən Milovan Cukiç və Vladan Todoroviç yan xətt hakimləri, Miloş Boşkoviç isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
OXŞAR XƏBƏRLƏR