Masallıda 3 otaqlı ev yandı

Masallıda 3 otaqlı ev yandı
HADİSƏ
23:39 17.05.2025
251
Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, evin dəhlizinin və mətbəxinin tavanı 52 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 64 m² olan talvarın (taxta sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və altında olan 8 ədəd dəzgah yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR