Masazırda hadisə: Gecə ata ilə qızı döyüldü

SOSİAL
10:38 26.11.2019
4210
Masazırda gecə saatlarında ata ilə qızı döyülüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində naməlum şəxslər ata ilə qızı döyüblər.

Döyülən şəxslər ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. 1966-cı il təvəllüdlü Əhmədov Əfqan Süleyman oğluna alt çənənin sınığı və 1994-cü il təvəllüdlü Ramazanova Aysel Əfqan qızına isə burun sınığı diaqnozu qoyulub.

Hər iki şəxsin vəziyyəti normal qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR