"Maşın"ı hələ də mən idarə edirəm" - Nazilə

"Maşın"ı hələ də mən idarə edirəm" - Nazilə
MAQAZİN
23:26 27.12.2018
5711
Şairə Nazilə Səfərli "Maşın" şounun ötən gün baş tutan buraxılışı ilə bağlı maraqlı paylaşım edib. 

Şairə Xose Bernardonun oyundan getməsini özünün planlaşdırdığını bildirib. O, paylaşdığı görüntüdə deyib ki, "Maşın"dan getsə də, hər şeyi idarə edir:

"Səmra üçün səs göndərin, bütün izləyicilərimə təşəkkür edirəm. Qazancınız çox gəlsin, kisəniz bərəkətli olsun. "Maşın"da deyim bilin ki, oyunu hələ də mən oynayıram. Orada ürəkli oyunçu yalnız zəhləm getməyən Sərxandır. 

Bir azdan çox maraqlı hadisə olacaq. Bir nəfərin torbasını tikirəm. Məni sevənlərdən xahiş edirəm, 1 səs 60 qəpikdir. Səmranın qalsınına səs göndərin. O, bizim "maşın"ın "kuklası, cicişidir". Qalsın oyunda". 

Qeyd edək ki, Nazilə Səfərlini şoudan aktrisa Xəyalə Quliyeva uzaqlaşdırmışdı. Bunu isə Xosenin planlaşdırdığı bildirilmişdi. 
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR