Mayın 1-nə olan hava proqnozu

MARAQLI
21:23 30.04.2011
1859
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər duman, çiskin olacaq, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. 

Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, arabir güclənəcək.

OXŞAR XƏBƏRLƏR