Paytaxt sakinlərinin asudə vaxtalarını səmərəli keçirdikləri məkanlardan olan “Park Bulvar” Alış-veriş mərkəzi daha bir kampaniyaya ev sahibliyi etdi.Analar günü münasibətilə “Möcüzə” paket yağları “Park Bulvarda Möcüzə” adlı müasbiqə keçirdi. “Park bulvarda Möcüzə” adlı müsabiqə facebook sosial şəbəkəsi vasitəsilə reallaşdırıldı. Müsabiqənin şərtləri analara ünvanlanan ürək sözlərinin çox xal toplaması idi. Beləliklə facebook istifadəçiləri arasında ən çox xal yığan şəxslərə, “Möcüzə” paket yağlarının qiymətli hədiyyələri təqdim olundu.Bununla yanaşı keçirilən kampanyada beş min anaya “Möcüzə” paket yağları hədiyyə edildi. Həmçinin kamanya zamanı alış-veriş mərkəzinə gələn analara və uşaqlara bayram münasibətilə tort paylandı.