MDB Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək

SİYASƏT
14:30 21.08.2013
1132

Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək MDB müşahidə missiyasına qurumun icra katibi Sergey Lebedev rəhbərlik edəcək.

Gün.Az-ın məlumatına görə, MDB-yə üzv ölkələrin daimi nümayəndələrinin Minskdə keçirilmiş iclasında qərar qəbul olunub.MDB Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərəcək.Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək. Rəsmi Bakı beynəlxalq təşkilatlara seçkiləri müşahidə etmək üçün dəvət göndərib.

OXŞAR XƏBƏRLƏR