Məcburi köçkünlər daha yaxşı yaşamağa başlayıblar

Məcburi köçkünlər daha yaxşı yaşamağa başlayıblar
İQTİSADİYYAT
20:00 07.05.2014
2005
Son 10 ilə 3,7 milyard manat.
Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb.
AZXEBER.COM  APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.
Ə.Həsənov bildirib ki, 2013-cü ildə bir məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Onun sözlərinə görə, ölkədə mövcud olmuş 12 çadır düşərgəsinin ləğvi 2007-ci ildə başa çatdırılıb:
“Qaçqın və məcburi köçkünlər üçün ümumilikdə salınmış 82 müasir qəsəbə və məhəllədən 77-si son 10 ildə inşa edilib. Son 10 ildə yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib. Ümumiyyətlə, indiyədək mənzil şəraiti yaxşılaşdırılmış 40 min ailə 166 min nəfər (92%) son 10 ilin payına düşür.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 4,4 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 84 faizi, yaxud 3,7 milyard manatı son 10 ildə ayrılıb. Yeni qəsəbə və məhəllələrin salınmasına Dövlət Neft Fondundan 1,46 milyard manat vəsait ayrılıb. Müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 220 yataqxana təmir edilib, nəticədə 68 min nəfər məcburi köçkün faydalanıb.
Məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin illik büdcəsi isə 5,5 dəfə artıb. Əmək qabiliyyətli 380 min məcburi köçkündən 161 min nəfəri daimi işlə təmin edilib, 200 min nəfər isə mövsümi işlərə cəlb edilib”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?