Mədəniyyət Nazirliyi və Kino Agentliyinin elan etdiyi layihələrin qalibi müəyyənləşib

MƏDƏNİYYƏT
20:03 25.03.2024
667
Azərbaycan Respublikasının Kino Agentliyinin rəhbərliyi tərəfindən verilən məlumata görə Mədəniyyət Nazirliyi və Agentliyin 18 iyul 2023-cü il tarixdə birgə  elan etdiyi Film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı - bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim etmişdilər. Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada paylaşılıb.
 
Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib. 

Layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib. 

Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınmışdır. 
Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilmişdir.

Qeyd edək ki, müsabiqənin qalib layihələrindən olan "Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu "PERİ FİLM” MMC-ə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz. 
Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb