Mehman drona görə saxlanılıb - DİN-dən açıqlama

Mehman drona görə saxlanılıb - DİN-dən açıqlama
SOSİAL
09:54 15.03.2021
1619

Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:

"Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur".

Qeyd edək ki, daha sonra M.Hüseynov sərbəst buraxılıb

OXŞAR XƏBƏRLƏR